Tərlan Rəsulov: "YUĞ Teatrı yeni məkanına uyğunlaşmağa çalışır"

Tərlan Rəsulov: "YUĞ Teatrı yeni məkanına uyğunlaşmağa çalışır" Texniki məsələlər həll edildikdən sonra tamaşalar nümayiş etdiriləcək
İncəsənət
6 Fevral , 2016 19:22
Tərlan Rəsulov: YUĞ Teatrı yeni məkanına uyğunlaşmağa çalışır

Bakı. 6 fevral. REPORT.AZ/ YUĞ Dövlət Teatrı yeni məkanına köçüb. YUĞ Teatrının direktoru Tərlan Rəsulov "Report"a bildirib ki, A.Şaiq adına Dövlət Kukla Teatrının binasında məskunlaşan teatr yeni məkanına uyğunlaşmağa çalışır.

T.Rəsulov Kukla Teatrının ikinci mərtəbəsində olan kiçik zalın YUĞ Teatrı üçün hazırlandığını deyib:

"Səhnəni bizim tamaşalarımızın xüsusiyyətinə uyğun olaraq hazırlamalıyıq. Texniki məsələlər həll edilməlidir. Səs, işıq avadanlıqları məkana uyğunlaşmalıdır. Hazırda bu işlər görülür. Köhnə binamızdan tam köçməmişik. Teatrın avadanlığının bir hissəsi hələlik oradadır. Bütün məsələləri həll edildikdən sonra, yeni məkanda tamaşalarımızı nümayiş etdirəcəyik.Yəqin ki, tam hazır olmağımız iki həftəyə, uzağı bir aya alınar. Tamaşaçılarımızla yenidən görüşməyə şad olarıq".

Xatırladaq ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilməsi ilə əlaqədar və aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, M.Muxtarov küçəsi, 83 ünvanında yerləşən Azərbaycan Dövlət “YUĞ” teatrının binasının da, sökülməsi nəzərdə tutulub. Bu səbəbdən yanvarın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “YUĞ” Teatrının Dövlət Kukla Teatrının binasına köçürülməsi haqda əmr imzalayıb.

Son xəbərlər

Orphus sistemi