Yuxarı

Teatrlarımız yeni ilə necə hazırlaşır?

Bayram proqramları bütün teatrlarda təmtəraqlı keçiriləcək

Bakı. 16 dekabr. REPORT.AZ/  Azərbaycanda fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrində yeni il şənlikləri, bayram proqramları hazırlanır.

"Report" yeni ildə mədəniyyət mərkəzlərimizdə baş tutacaq tamaşa və konsertlərin ümumi mənzərəsini təqdim edir.

Azərbaycanın aparıcı teatrı olan Akademik Milli Dram Teatrında yeni il şənlikləri dekabrın 26-dan başlayıb, yanvarın 6-dək davam edəcək. Balacalara yeni il şənliyi və teatrın aktyorlarının ifasında yeni il tamaşası təqdim ediləcək.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dekabrın 25-dən 30-dək balaca tamaşaçılara yeni, "Madaqaskar" adlı tamaşanı nümayiş edəcək.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrı dekabrın 26-dan yanvarın 4-dək uşaqlara teatrın baş rejissoru Qurban Məsimovun “Tıq-Tıq və Taq-Taqın yeni il macəraları” adlı səhnə əsərini təqdim edəcək.

Akademik Opera və Balet Teatrında dekabrın 27-dən yanvarın 5-dək Gürcüstanın Multi-Pulti Teatrının quruluşunda olan "Maşa və Ayının yeni il macəraları" adlı bayram tamaşası nümayiş ediləcək.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında dekabrın 28-dən yanvarın 4-dək yerli sənətçilərimizin ifasında "Maşanın ad günü" tamaşası balaca balalara təqdim ediləcək.

Heydər Əliyev sarayı dekabrın 27-dən 30-dək "Sirli Landiyada yeni il şənliyi" adlı bayram tamaşasını balaca tamaşaçılara nümayiş edəcək. Heydər Əliyev sarayında dekabrın 28-də "Yeni il şənliyi" adlı konsert proqramı nümayiş ediləcək.

Bakı Dövlət Sirkində dekabrın 26-dan başlayaraq "Fəvvarələrin qış nağılı" adlı şou proqram başlayacaq.

Proqrama lazer, sirk şousu ilə yanaşı əfsanəvi personajlar, əhlilləşdirilmiş heyvanlar, hava gimnastları, Şaxta baba, Qar qız və digər rəngarəng nömrələr də daxildir.

Səməd Vurğun adına Rus Dram Teatrı dekabrın 26-dan maraqlı yeni il şənliyi və aktyorların ifasında yeni il tamaşasını balaca tamaşaçılara təqdim edəcək. Bayram proqramı yanvarın 5-dək davam edəcək.

Yeni il şənlikləri Azərbaycanda fəaliyyət göstərən bütün teatrlarda, bölgə və qaçqın həyatı yaşayan mədəniyyət ocaqlarında da, təşkil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi