Yuxarı

Gənc Tamaşaçılar Teatrı Kolombo Teatr Festivalına dəvət olunub

Şri-Lankalı nazir Gənc Tamaşaçılar Teatrını festivala dəvət edib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2016-cı ildə Şri-Lankada keçiriləcək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Şri-Lankanın mədəniyyət naziri Nandimithra Ekanayake Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovla görüşündə deyib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ildə Şri-Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin “Kontrabas” tamaşasını nümayiş etdirib.

Şri-Lankalı nazir Gənc Tamaşaçılar Teatrını yenidən Kolombo Festivalına dəvət edib.

Nandimithra Ekanayake teatrda Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşasına baxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi