Teatr Xadimləri İttifaqı Hikmət Rəhimovun ittihamı ilə bağlı açıqlama verib

Teatr Xadimləri İttifaqı Hikmət Rəhimovun ittihamı ilə bağlı açıqlama verib "Aktyorun irəli sürdüyü ittiham tam əsassızdır"
İncəsənət
4 Aprel , 2017 19:08
Teatr Xadimləri İttifaqı Hikmət Rəhimovun ittihamı ilə bağlı açıqlama verib
courtesy image

Bakı. 4 aprel. REPORT.AZ/ "Aktyor Hikmət Rəhimovun Azərbaycan Teatr Xadimləri İttifaqına qarşı irəli sürdüyü ittiham tam əsassızdır."

Bu barədə "Report"a Azərbaycan Teatr Xadimləri İttifaqının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hikmət Rəhimovun "Truppa müdiri aktyor və aktrisaları yığıb teatr rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir" cümləsi böhtan xarakterlidir və bu cür fakt, ümumiyyətlə, mövcud deyil.

Məlumatda qeyd olunub ki, Azərbaycanda bütün yaradıcı ittifaqlarda üzvlük haqqının ödənişi nəzərdə tutulub: "Nizamnaməyə görə, Teatr Xadimləri İttifaqına illik üzvlük haqqı bir aylıq maaşın beş faizi qədərdir. Məsələn, aktyorun maaşı 300 manatdırsa, bu məbləğin 5 faizi illik 15 manat təşkil edir. Bu məbləği 12 aya bölsək, ayda 1 manat 25 qəpiyə bərabər məbləğ alınır. İttifaqa könüllüüzv olan hər bir yaradıcı insan üzvlüyə qəbul olmaq üçün təqdim etdiyi ərizədə Nizamnamə ilə tanış olduğuna, onun bütün bəndlərini qəbul etdiyinə, o cümlədən üzvlük haqqınıödəməyə zəmanət verir. Ona görə də Hikmət Rəhimovun "40 manat illik pul köçürülmə" ittihamı tamamilə yanlışdır və biz aktyoru bu məsələdə həssas olmağa, ictimaiyyətdə yanlış fikir formalaşdırmamağa, İttifaqın sədrinə - Azərbaycanın görkəmli sənətkarına qarşı işlətdiyi ifadələrdə korrekt olmağa çağırırıq. İnanırıq ki, Hikmət Rəhimov gələcəkdə eşidib, dəqiqləşdirmədiyi və heç bir fakta əsaslanmayan bu kimi məsələlərdə diqqətli olacaq". 

Son xəbərlər

Orphus sistemi