Teatr Muzeyinin Fonduna yeni sənədlər daxil olub

Teatr Muzeyinin Fonduna yeni sənədlər daxil olub Həmin sənədlərin içərisində xalq artisti, rejissor Tofiq Kazımov və xalq artisti Həsən Əblucun Fikrət Sultanova ünvanladığı məktublar da var
İncəsənət
24 Avqust , 2016 13:07
Teatr Muzeyinin Fonduna yeni sənədlər daxil olub

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, dosent Fikrət Sultanovun vaxtilə özünün hazırladığı, həmçinin müxtəlif tamaşalarla bağlı afişa, proqramlar, şəxsi fotoşəkillər, sənədlər Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fonduna daxil olub.  

Bu barədə ilk xəbər "Report"a Teatr Muzeyindən verilib.

Avqust ayında muzeyə daxil olan həmin sənədlərin içərisində F.Sultanovun müəllimi olmuş, Azərbaycanın xalq artisti, görkəmli rejissor Tofiq Kazımovun və tələbə yoldaşı, xalq artisti Həsən Əblucun ona ünvanladığı məktublar da var. 

Həmçinin, bu ay muzeyin fonduna S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının afişaları, proqramları, dekorasiya və geyim eskizləri, bukletlər, tamaşaların əmrləri, fotoşəkillər (disk şəklində) və video çəkilişlər təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi