Yuxarı
    Bağlamaq

    Teatr Muzeyi Sidqi Ruhullanın 130 illik yubileyi ilə bağlı tədbir keçirəcək

    Tədbir Buzovna Qəsəbəsinin  Mədəniyyət Evində baş tutacaq

    Bakı. 28 mart. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi R.Axundov adına Buzovna Qəsəbə Mədəniyyət Evi ilə birlikdə SSRİ Xalq artisti Sidqi Ruhullanın anadan olmasının 130 illiyi ilə əlaqədar tədbir keçirəcək.

    Bu barədə "Report"a Teatr Muzeyindən məlumat verilib.

    Tədbir martın 28-də Buzovna Qəsəbə Mədəniyyət Evində olacaq.

    Yubiley tədbirində aktyorun ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri, qəsəbə sakinləri iştirak edəcək.

    Tədbirdə Sidqi Ruhullanın çəkildiyi filmlərdən kadrlar, Teatr Muzeyinin fond materiallarından aktyorun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş etdiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi