Yuxarı

Teatr Muzeyi Səyavuş Aslanın yubileyi münasibətilə sərgi hazırlayır

Sərgi noyabrın 24-də Milli Dram Teatrının foyesində təqdim ediləcək

Bakı. 5 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi qeyd olunacaq. 

"Report" xəbər verir ki, yubiley gecəsi noyabrın 24-də keçiriləcək. Bu münasibətlə Azərbaycan Dövlət Teatr Muzeyi teatrın foyesində görkəmli sənətkarın xatirəsinə həsr edilən foto-sərgi təqdim edəcək.

Sərgidə Səyavuş Aslanın ömür və yaradıcılıq yolundan bəhs edən fotolar nümayiş etdiriləcək.

Hazırda Teatr Muzeyində sərginin son tamamlanma işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi