Teatr Muzeyi Gəncədə sərgi keçirəcək

Teatr Muzeyi Gəncədə sərgi keçirəcək Yeni teatr mövsümünün açılışı münasibətilə sentyabrın 16-da Gəncə Dövlət Dram Teatrında sərgi açılacaq
İncəsənət
27 Avqust , 2015 14:34
Teatr Muzeyi Gəncədə sərgi keçirəcək

Bakı. 27 avqust. REPORT.AZ/ Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi yeni sərgiyə hazırlaşır. 

Bu barədə "Report"a Teatr Muzeyindən məlumat verilib.

Sərgi yeni teatr mövsümünün açılışında Gəncədə nümayiş etdiriləcək. 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncə Dövlət Dram Teatrında olacaq. Həmin gün, Azərbaycan Dövlət Teatr Muzeyi Gəncə Teatrının tarixi, keçdiyi sənət yolu, Gəncə teatrının görkəmli sənətkarları haqqında hazırladıqları foto-sərgini nümayiş etdirəcək.

Teatr Muzeyi sərginin ilk nümayişindən sonra foto-stendləri Gəncə Dövlət Dram Teatrına hədiyyə edəcək.

Son xəbərlər

Orphus sistemi