Yuxarı
    Bağlamaq

    Tbilisidəki Heydər Əliyev Teatrı üçün iki torpaq sahəsi ayrılıb

    Tbilisi. 26 dekabr. REPORT.AZ/ Tbilisidəki Heydər Əliyev adına Teatr üçün yeni binanın tikintisi məqsədilə iki yerdə torpaq sahəsi ayrılıb.

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gurcüstanın mədəniyyət və idman naziri Mixail Georgadze söyləyib.

    O deyib: "Teatr üçün yeni bina tikilməlidir. Bu məqsədlə Tbilisinin mərkəzində, Azərbaycan səfirliyinə yaxın yerdə iki torpaq sahəsi ayrılıb. SOCAR şirkəti də yeni binanın tikintisinə razılıq verib. Hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danişıqlar gedir. Düşünürəm ki, yaxın vaxtlarda torpaq sahəsi seçiləcək və tikintiyə başlanılacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi