Yuxarı
    Bağlamaq

    Tbilisidə "Rus Teatrlarının Ümumdünya Konqresi" öz işinə başlayıb

    Azərbaycanı Dövlət Rus Dram Teatrı təmsil edir

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Oktyabrın 26-dan 30-dək Tbilisidə "Rus klubu" Beynəlxalq Mədəni-Maarif İttifaqının dəstəyi ilə A.Qriboyedov adına Akademik Rus Dram Teatrının yubiley şənlikləri və Rus Teatrlarının Ümumdünya Konqresi öz işinə başlayıb.

    "Report" xəbər verir ki, Azərbaycanı bu tədbirdə Səməd Vurğun adına Rus Dram Teatrı təmsil edir.

    Tədbirdə 25 ölkədə fəaliyyət göstərən rus teatrlarının bədii rəhbərləri və direktorları, görkəmli mədəniyyət xadimləri iştirak edir.

    Konqresdə Rusiyanı ölkənin Teatr Xadimləri İttifaqının sədr müavini Dmitri Mozqovoy, Rusiyanın tanınmış teatr tənqidçiləri, SSRİ-nin xalq artistləri Oleq Basilaşvili, Vaili Lanovoy və Rusiyanın xalq artisti İrina Muravyova təmsil edir. "Rus Teatrlarının Ümumdünya Konqresi"ndə ABŞ-dan və Böyük Britaniyaadan gəlmiş teatr xadimləri iştirak edir.

    Qriboyedov adına teatrın 170 illiyinə həsr olunmuş konqresin proqramına dəyirmi masalar, aktual mövzularda yaradıcılıq görüşləri, açıq mühazirələr, müasir rus teatrının problemləri daxildir.

    Azərbaycandan bu önəmli konqresdə Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və baş rejissor Aleksandr Şarovski iştirak edir.

    Qeyd edək ki, bu səfər son 5 il ərzində Səməd Vurğun adına Rus Dram Teatrının Qriboyedov adına Tbilisi Akademik Rus Dram Teatrının kollektivləri arasında yaradılan dostluq və yaradıcılıq əlaqələrinin davamıdır.

    Yubiley gecəsində Rus Dram Teatrının rəhbərliyi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından təbrik məktubunu Konqres iştirakçılarının diqqətinə çatdırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi