Yuxarı

Tarix Muzeyinin kolleksiyasına milli geyim nümunəsi daxil edilib - FOTO

Üzərində 1275-ci il hicri tarixi və “Maşallah, mübarək baxşət” sözləri yazılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına milli geyim nümunəsi olan çuxa daxil edilib.

Bu barədə "Report"a muzeydən məlumat verilib. 

Bildirilib ki, müəssisənin kolleksiyasına yeni daxil edilən çuxa (küləcə) tarixi və bədii əhəmiyyətinə görə çox qiymətlidir.

XIX əsrin ortalarına aid çuxa qırmızı rəngli mahud parçadan tikilib. Yaxa kəsiyi, qolağzı və ətəyi təkəldüz tikmə üsulu ilə bəzədilib. Üzərində 1275-ci il hicri tarixi və “Maşallah, mübarək baxşət” sözləri yazılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi