Tanınmış müğənnilər Fəvvarələr Meydanında konsert proqramı ilə çıxış edəcəklər

Tanınmış müğənnilər Fəvvarələr Meydanında konsert proqramı ilə çıxış edəcəklər Müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi və reper Anar Nağılbaz səhnəyə çıxacaqlar
İncəsənət
7 Sentyabr , 2017 12:07
Tanınmış müğənnilər Fəvvarələr Meydanında konsert proqramı ilə çıxış edəcəklər

Bakı. 7 sentyabr. REPORT.AZ/ Azərbaycanın tanınmış müğənniləri İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi və reper Anar Nağılbaz Fəvvarələr Meydanında konsert proqramı ilə çıxış edəcəklər.

Bakı Şəhər Mədənəniyyət və Turizm İdarəsindən "Report"a verilən məlumata görə, konsertlər sentyabrın 8 və 9-da saat 19:00-da başlayacaq. 

Konsertlər idarənin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” proqramları çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. Konsertlər sentyabırın 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi