Tanınmış meksikalı prima-balerina Bakıda çıxış edib

Tanınmış meksikalı prima-balerina Bakıda çıxış edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelio Bakıda çıxış edib.
İncəsənət
28 Sentyabr , 2018 22:28
Tanınmış meksikalı prima-balerina Bakıda çıxış edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Tanınmış meksikalı prima-balerina, beynəlxalq səviyyədə dünyanın ən yaxşı kastanyet ifaçısı kimi tanınan Sonia Amelio Bakıda çıxış edib.

“Report” xəbər verir ki, Sonia Amelionun konserti Meksika Səfirliyinin təşkilatı və Landmark otelin dəstəyi ilə sentyabrın 28-də adıçəkilmiş oteldə baş tutub.

Azərbaycan tamaşaçısı Bakıya ikincə dəfə səfər edən şöhrətli balerinanı isti qarşılayıb.

Altı yaşından pianoda ifa etməyi və baleti öyrənməyi başlayan Sonia klassik və ənənəvi ispan rəqsləri üzrə, eləcə də Latın Amerika baleti üzrə dərs alıb. Amelio Şopen və List kimi bəstəkarların əsərlərini müşayiət etmək üçün kastanyetlərdə mahir ifanı inkişaf etdirib və müxtəlif ölkələrin orkestrləri ilə çıxış etmək üçün dəvət alıb. Həmçinin, Betxoven və Paqanini kimi romantik əsrin bəstəkarlarının əsərlərini müşayiət etmək üçün rəqs nömrələrini qurub.

Vətəni olan Meksikada 1969-1970-ci illərdə dramatik aktrisa qismində bir sıra film və televiziya proqramlarında çıxış edib. Müasir dövrdəki karyerasının böyük hissəsini musiqi tədrisinə həsr edib. Asiya və Afrika ölkələrində, Pekin Xoreoqrafiya İnstitutu və Anna Pavlova adına Moskva İnstitutu kimi tədris ocaqlarında rəqs və xoreoqrafiya üzrə seminar və master-klassları həyata keçirib. 

Son xəbərlər

Orphus sistemi