Şuşanın işğalı Akademik Milli Dram Teatrında yad ediləcək

Şuşanın işğalı Akademik Milli Dram Teatrında yad ediləcək Teatr "Xəcalət" və "Qarabağnamə" tamaşasını təqdim edəcək
İncəsənət
7 May , 2015 08:35
Şuşanın işğalı Akademik Milli Dram Teatrında yad ediləcək

Bakı. 7 may. REPORT.AZ/ Akademik Milli Dram Teatrı Şuşanın işğal günündə iki tamaşa nümayiş etdirəcək. 

"Report" xəbər verir ki, teatrda mayın 8-i günorta saat 12.00-də "Xəcalət", axşam saat 19.00-da isə "Qarabağnamə" tamaşaları göstəriləcək. Hər iki tamaşa vətənpərvərlik mövzusundadır.

"Xəcalət" əsərinin müəllifi Hüseynbala Mirələmov, tamaşanın quruluşçu rejissoru isə əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Qarabağ müharibəsindən, qaçqınların vətən həsrətindən bəhs edilən tamaşada xalq artistləri Ramiz Novruz, Nurəddin Mehdixanlı, əməkdar artistlər Mətanət Atakişiyeva, Məzahir Cəlilov, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzova çıxış edir.

"Qarabağnamə" tamaşası İlyas Əfəndiyevin "Hökmdar və qızı" əzəri əsasında yeni quruluşda hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur. Səhnə əsəri Qarabağ xanlığından, Ağabəyim ağanın həyatından bəhs edir. Baş rollarda xalq artistləri İlham Əsgərov, Firəngiz Mütəllimova, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Vəfa Zeynalova, Anar Heybətov və başqaları çıxış edir.

Son xəbərlər

Orphus sistemi