​Şuşa Dövlət Musiqili Dram Teatrı Salyanda “Ağ qayıq” tamaşasını nümayiş etdirib - FOTO

​Şuşa Dövlət Musiqili Dram Teatrı Salyanda “Ağ qayıq” tamaşasını nümayiş etdirib - FOTO Tamaşa yazıçı-dramaturq Enurə Abdullayevanın eyni adlı əsərinin motivləri əsasında səhnələşdirilib
İncəsənət
27 May , 2016 11:27
​Şuşa Dövlət Musiqili Dram Teatrı Salyanda “Ağ qayıq” tamaşasını nümayiş etdirib - FOTO

Salyan. 27 may. REPORT. AZ / Şuşanın işğalından sonra 1992-ci ildən Bakıda fəaliyyət göstərən Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Salyan Dövlət Kukla Teatrının səhnəsində yazıçı-dramaturq Enurə Abdullayevanın "Ağ qayıq" əsərinin motivləri əsasında səhnələşdirilmiş eyni adlı tamaşa nümayiş etdirib.
“Report” xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır.

Qarabağ müharibəsinin ağrı-acılarını özündə əks etdirən, yurdsevərlik duyğuları, düşmənə nifrət və qəzəb hissləri aşılayan tamaşa böyük maraqla izlənilib.

"Ağ qayıq" əsərinin müəllifi Enurə Abdullayeva təşkilati dəstəyə görə, Salyan Rayon İcra Hakimiyyətinin (RİH) rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi