Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü “Solğun çiçəklər” tamaşası ilə açacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü “Solğun çiçəklər” tamaşası ilə açacaq Tamaşanın quruluşçu rejissoru Lalə Şirinovadır
İncəsənət
17 Sentyabr , 2016 04:13
Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümü “Solğun çiçəklər” tamaşası ilə açacaq

Bakı. 17 sentyabr. REPORT.AZ/ Şuşa Dövlət Musiqili Dram Teatrı sentyabr ayının 20–də saat – 17:oo–da “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində (H.Əliyev prospekti – 92 a) 143–cü Teatr Mövsümünü, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açacaq.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur.

Rollarda Rasəf Mehdiyev (Bəhram), Dürdanə Dünyamalıyeva (Sara), Xanirə İsgəndərova (Gülnisə), Vüsalə Məmmədzadə (Pəri), Zahid Mehdiyev (Əbdül) iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi