Yuxarı
    Bağlamaq

    "Supermen" filmlərindən tanınan aktrisa Marqo Kidder vəfat edib

    Onun ölümünün səbəbləri hələ ki, bilinmir

    Bakı. 15 may. REPORT.AZ/ "Supermen" filmlərində baş qəhrəmanın sevgilisi rolunu canlandıran amerikalı aktrisa Marqo Kidder 70 yaşında vəfat edib.

    "Report" TMZ nəşrinə istinadən xəbər verir ki, aktrisa mayın 13-də Montanta ştatındakı evində dünyasını dəyişib.

    Onun hansı səbəbdən öldüyü məlum deyil.

    Kidder 1978-ci ildə Riçard Donner tərəfindən çəkilmiş "Supermen" filmindən sonra məşhurlaşıb. O, ekran əsərində Supermenin sevgilisi olan Lois Leyn rolunu canlandırıb. Kidder həmçinin "Supermen 2", "Supermen 3" və "Supermen 4: Sülh uğrunda mübarizə" filmlərində çəkilib.

    Aktrisanın bir qızı var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi