Yuxarı

Sumqayıt teatrında "Hacı Qara" tamaşasına daxili baxış keçirilib

Tamaşanın premyerası yaxın günlərdə baş tutacaq

Bakı. 9 noyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.

"Report" xəbər verir ki, teatrda Mirzə Fətəli Axundovun “Sərgüzəşti-mərdi xəsis” komediyası əsasında hazırlanmış yeni “Hacı Qara” tamaşasına daxili baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşa orijinal traktovkası, musiqi tərtibatı və bədii dekorasiyası ilə seçilir.

Əsas rolları Akif Mirzəyev, əməkdar artist İlham Səfərli, Cəlal Məmmədov, İlahə Vilayət qızı, İlahə Səfərova, Rövşən Əsgərov, Mətləb Səfərli canlandırırlar. Daxili baxışdan sonra keçirilən müzakirədə teatrın direktoru İslam Həsənov, kollektiv üzvləri, Məzahir Süleymanov, Şahmar Qəribli, əməkdar artistlər Namis Şirməmmədov, Ulduzə Nəsir, İzaməddin Bağırov, qonaqlar Hafiz İmamnəzərli, Vaqif Ağayev, Rövşən Almuradlı çıxış edib.

Qeyd edək ki, yaxın günlərdə tamaşanın premyerası keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi