Sumqayıt teatrı mövsümü sentyabrın sonunda açacaq

Sumqayıt teatrı mövsümü sentyabrın sonunda açacaq Teatr sentyabrın 29-da Hidayətin “Burdan min atlı keçdi" tarixi xronoloji dramını təqdim edəcək
İncəsənət
16 Sentyabr , 2015 10:58
Sumqayıt teatrı mövsümü sentyabrın sonunda açacaq

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı 46-cı teatr mövsümünü sentyabrın 29-da Hidayətin “Burdan min atlı keçdi" tarixi xronoloji dramı ilə açacaq.

Bu barədə "Report"a teatrın direktoru İslam Həsənov məlumat verib.

Onun sözlərinə görə, tamaşa ötən əsrin ikinci yarısında Qərbi Azərbaycanda gedən daxili çəkişmələrdən, soydaşlarımızın öz torpaqlarında sıxışdırılmasından, ulu öndər Heydər Əliyevin o dövrdə olan siyasi fəaliyyətindən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmov, quruluşcu rəssamı Mustafa Mustafayevdir.

Qeyd edək ki, Sumqayıt teatrı yeni mövsümdə repertuarında olan bir çox maraqlı tamaşalarını da, teatrsevərlərə təqdim edəcək. Ötən mövsümdə premyerası olan N.Qoqolun “Çiçikovun sərgüsəştləri”, Əziz Nesinin “Öldür məni canciyər”, H.Mirələmovun “Vicdanın hökmü” , eləcə də Elçinin “Qatil”, Con Patrikin “Qocanı öldürməliyik” ,M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli Şah”, Ə.Əmirlinin “Köhnə ev”, ”20 ildən sonra” , K.Nəzirlinin “Narkaman” , İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” kimi tamaşaları vaxtaşırı nümayiş etdiriləcək. 

Bundan əlavə, Sumqayıt teatrı məktəblilərə Abdulla Şaiq “Qaraca qız”, Firudin Məhərrəmov “Məlikməmməd”, Leonid Juxoviski “Şahzadə və bacatəmizləyən”, Vasif Məmmədov “Daşdəmirin nağılı” və s tamaşalarını təqdim edəcək. 

Son xəbərlər

Orphus sistemi