Sumqayıt Dövlət Dram Teatrı yaranma tarixini tamaşa ilə qeyd edəcək

Sumqayıt Dövlət Dram Teatrı yaranma tarixini tamaşa ilə qeyd edəcək Sabah "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası tamaşaçılara təqdim olunacaq
İncəsənət
13 Mart , 2015 20:36
Sumqayıt Dövlət Dram Teatrı yaranma tarixini tamaşa ilə qeyd edəcək

Bakı. 13 mart. REPORT.AZ/ Martın 14-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranmasından 46 il ötür. Bu münasibətlə teatr M.F.Axundovun "Müsyö Yordan və Dərviş Məstəli şah" komediyasını tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, 1969-cu il martın 14-də ilk dəfə Sumqayıt tamaşaçılarını salamlayan teatrda "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası oynanılıb. Bu ənənəyə sadiq qalan Sumqayıt Dövlət Dram Teatrı hər il martın 14-də "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasını nümayiş etdirir.

Tamaşanın rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur.

Rolları əməkdar artist Fəqanə Hüseynova, İlahə Səfərova, İlham Səfərov, Oqtay Mehdiyev, Akif Mirzəyev və başqaları ifa edir.

Tamaşanın bəstəkarı Telman Qəniyevdir.

Son xəbərlər

Orphus sistemi