Yuxarı

Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir işləri başlayıb

Təmir dövründə teatr bağlanmayacaq

Bakı. 3 yanvar. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir işləri başlayıb.

Bu barədə "Report"a teatrın direktoru İslam Həsənov məlumat verib.

Onun sözlərinə görə, teatrın binası əsaslı şəkildə təmir ediləcək: "Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə teatrımızın binasında təmir işlərinə başlanılıb. Təmir ilk olaraq, binanın damında aparılır. Təmir dövründə teatr bağlanmayacaq. Təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılacaq. Teatrda məşqlər aparılır, tamaşalar nümayiş etdiriləcək". 

Direktor bildirib ki, hazırda Sumqayıt teatrında Albert Kamyunun "Kaliqula" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir. Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun quruluş verdiyi səhnə əsəri bu ilin ilk aylarında tamaşaçılara təqdim olunacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi