Bakı. 21 dekabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında Rövşən Almuradlının "Oğru" tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında hazırlanıb.
Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb.
Əsərdə əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.
Qeyd edək ki, rejissor Rövşən Almuradlı beşillik fasilədən sonra bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb.