Yuxarı

Sumqayıt Dövlət Dram Teatrı mövsümə yekun vurub

Teatr Əziz Nesinin Öldür məni, can-ciyər tamaşasını nümayiş etdirib

Bakı. 16 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı 46-cı mövsümə yekun vurub.

Bu barədə "Report"a Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt Teatrı mövsümü türk yazıçısı Əziz Nesinin "Öldür məni, can-ciyər" tamaşası ilə yekunlaşdırıb.

Tamaşanın quruluşçu rejissoru, əməkdar artist, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovdur.

Rolları əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli oynayıb. 

Xatırladaq ki, Sumqayıt Teatrı "Öldür məni, can-ciyər" tamaşası ilə apreldə İzmirdə keçirilən "Menemen Teatr Festivalı"nda uğurla çıxış edib.

Teatr yeni mövsümü sentyabrın əvvəlində açacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi