Sumqayıt Dövlət Dram Teatrı aktyor axtarır

Sumqayıt Dövlət Dram Teatrı aktyor axtarır Bakı. 24 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda incəsənət universitetində təhsil alan və ya təhsilini başa vurmuş 18-22 yaşlı gənclər üçün kastinq elan edib.
İncəsənət
24 İyul , 2018 16:33
Sumqayıt Dövlət Dram Teatrı aktyor axtarır
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrı truppanın gəncləşdirilməsi, istedadlılara dəstək məqsədi ilə aktyorluq qabiliyyətli, teatr sənətinə marağı olan, hazırda incəsənət universitetində təhsil alan və ya təhsilini başa vurmuş 18-22 yaşlı gənclər üçün kastinq elan edib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kastinqdə iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət edə bilərlər.

Bundan başqa, repertuar siyasətini genişləndirmək, mövzu çeşidliyini artırmaq, həmçinin istedadlı gənc yazarları teatr sahəsinə cəlb etmək məqsədi ilə dram əsərlərinin müsabiqəsi də elan edilib. 

Göndərilən əsərlər aşağıda qeyd olunan mövzuları əhatə etməlidir.

- Sumqayıt şəhərinin yaranması, tarixi, dünəni və bu gününü əhatə edən səhnə əsəri;

- Hərbi-vətənpərvərlik mövzusu;

- Gənclərin həyatından bəhs edən innovativ mövzu.

Müraciət etmək istəyənlər [email protected] adresinə tələb olunan məlumatları göndərə bilərlər. 

Son xəbərlər

Orphus sistemi