"Stullar" əsərinin premyerası ilin sonunda olacaq

"Stullar" əsərinin premyerası ilin sonunda olacaq Səhnə əsərinin son məşqləri gedir
İncəsənət
28 Oktyabr , 2015 11:31
Stullar əsərinin premyerası ilin sonunda olacaq

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Teatr Xadimləri İttifaqında İoneskonun "Stullar" əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir.

Teatr Xadimləri İttifaqının katibi Hacı İsmayılov "Report"a açıqlamasında deyib ki, tamaşa dekabrda təhvil veriləcək.

Onun sözlərinə görə, səhnə əsərinin premyerası ittifaqın Mustafa Mərdanov səhnəsində olacaq: "Hazırda tamaşanın məşqləri gedir. Tamaşanın ilk nümayişi dekabrda olacaq. Əsərdə xalq artistləri Həmidə Ömərova, Rafiq Əzimov və mən çıxış edəcəm".

Tamaşanın bədii rəhbəri, əməkdar incəsənət xadimi Azərpaşa Nemətdir. 

Son xəbərlər

Orphus sistemi