Yuxarı
    Bağlamaq

    SSRİ xalq artisti xəstəxanaya yerləşdirilib

    Görkəmli rus aktyoru əməliyyat olunub

    Bakı. 4 mart. REPORT.AZ/ Rusiyanın görkəmli teatr və kino aktyoru, rejissor, SSRİ xalq artisti Yuri Solomin dünən gecə xəstəxanaya aparılıb.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Yuri Solomin öd kisəsinin daxili qanaxması və kəskin xolestit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Hazırda SSRİ xalq artistinin vəziyyəti qənaətbəxşdir. "Malıy Teatr"ın baş direktoru Tamara Mixaylova bildirib ki, Yuri Solomin son zamanlar işlərinin çoxluğu ilə əlaqədar olaraq sağlamlığına diqqət etməyib. Bu səbəbdən aktyorun vəziyyəti qəfildən pisləşib.

    Qeyd edək ki, Yuri Solomin 1935-ci ildə anadan olub. Tamaşaçılara "Adi möcüzə" , "Əlahəzrətin yavəri" , "Əlvida Gülsara", "Qağayı" və digər filmlərdən yaxşı tanış olan Yuri Solominin qardaşı mərhum Vitali Solomin də tanınmış aktyor olub.

    Yuri Salomin 1990-91-ci illərdə Rusiyanın mədəniyyət naziri olub. 1988-ci ildən "Malıy Teatr"ın rəhbəridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi