SSRİ xalq artisti Alisa Freyndlix: "Kino mənə məşhurluq gətirib, amma teatrı sevirəm"

SSRİ xalq artisti Alisa Freyndlix: "Kino mənə məşhurluq gətirib, amma teatrı sevirəm" "Teatr canlı sənətdir"
İncəsənət
21 Dekabr , 2015 14:55
SSRİ xalq artisti Alisa Freyndlix: Kino mənə məşhurluq gətirib, amma teatrı sevirəm

Bakı. 21 dekabr. REPORT.AZ/ "Mən teatrı çox sevirəm. Baxmayaraq ki, kinoda çəkilmək mənə şöhrət gətirib. Amma əsl aktyora teatr daha əzizdir". "Report" xəbər verir bunu Georgi Tovstonoqov adına Rusiya Böyük Dram Teatrının məşhur aktrisası, SSRİ xalq artisti Alisa Freyndlix Bakıda keçirilən mətbuat konfransında deyib.

"Heç təsadüfi deyil ki, mərhum Eldar Ryazanov filmlərinə teatr aktyorlarını dəvət edərdi. Bunu ona görə edirdi ki, teatrda hazır, bişmiş, püxtələşmiş aktyorlar olurlar. Kinoda çəkilmək aktyora əsəb gərginliyi gətirir. Çünki filmin əvvəli axırda, axırı əvvəldə çəkilir. Yay səhnələri qışda, qış səhnələri yayda çəkilir. Kinonun "qayçılama", yəni montaj sistemi var. Bəzən ən yaxşı kadrlar filmə düşmür. Bu adama zövq vermir. Bəzən əsəb gərginliyi gətirir. Teatrda isə tamaşanı əvvəldən sona ifa edirsən. İmprovizələr etmək olur. Teatr canlı sənətdir. Tamaşaçının nəfəsini duya bilirsən. Ona görə də teatrı çox sevirəm", - o bildirib.

Qeyd edək ki, SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili hazırda Bakının qonağıdır. Dekabrın 20-21-də Rusiyanın tanınmış teatr məbədlərindən olan G.A.Tovstonoqov adına Rusiya Böyük Dram Teatrı, Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Teatr F.Dostoyevskinin "Dayının yuxusu" əsəri əsasında Rusiyanın xalq artisti, rejissor Timur Çxeidzenin hazırladığı tamaşanı Bakı tamaşaçılarına nümayiş etdirib. Tamaşada əsas rolları birini məşhur aktyor ifa edir. Tamaşanın növbəti nümayişi bu gün olacaq.

Son xəbərlər

Orphus sistemi