"Союзмультфильм" animasiya studiyasının 80 yaşı tamam olur

"Союзмультфильм" animasiya studiyasının 80 yaşı tamam olur Studiyanın yubileyini Rusiyanın kino ictimaiyyəti təntənəli şəkildə qeyd edəcək
İncəsənət
10 İyun , 2016 20:10
Союзмультфильм animasiya studiyasının 80 yaşı tamam olur

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiyanın tanınmış "Союзмультфильм" animasiya kinostudiyasının 80 yaşı tamam olur.

"Report" xəbər verir ki, 1936-cı il iyunun 10-da yaradılan animasiya studiyasının yubileyini Rusiyanın kino ictimaiyyəti təntənəli şəkildə qeyd edəcək.

Bu münasibətlə "Союзмультфильм"in personajlarının nümayiş olunacağı sərgi keçiriləcək. Sərgidə studiyanın nağıl qəhrəmanlarının kuklaları göstəriləcək.

Yubiley tədbirində animasiya filmlərinin yaradıcıları, ekran arxasında qalan animasiya ustaları, səs, görüntü, işıq rejissorları iştirak edəcəklər.

Xatırladaq ki, keçmiş SSRİ məkanında sevilən animasiya filmlərinin hamısı "Союзмультфильм" ekranlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi