"Sönməyən ulduzlar" Teatrı yeni tamaşa hazırlayır

"Sönməyən ulduzlar" Teatrı yeni tamaşa hazırlayır Əsər məişət mövzusunda yazılmış 2 hissəli dramdır
İncəsənət
17 Yanvar , 2015 09:55
Sönməyən ulduzlar Teatrı yeni tamaşa hazırlayır

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondunun nəzdində fəaliyyət göstərən "Sönməyən ulduzlar" Teatrı yeni tamaşanın premyerasına hazırlaşır.

Bu barədə "Report"a "Sönməyən ulduzlar" Teatrının rəhbəri Rafiq Kaşanlı məlumat verib.

Rafiq Kaşanlı teatrın qocaman aktyorlarının ifasında "Təzə ilin köhnə nağılları" adlı tamaşanın məşqlərinin aparıldığını dedi. Əsərin premyerası fevralın 16-da Gənc Tamaşaçılar Teatrının səhnəsində olacaq.

Əsərin müəllifi və quruluşçu rejissoru Hafiz Fətullayevdir. Rolları əməkdar artist Şükufə Musayeva, aktyorlar Rafiq İbrahimov, Təzəgül Məmmədova və başqaları ifa edir.

Əsər məişət mövzusunda yazılmış 2 hissəli dramdır.

Qeyd edək ki, tamaşanın müəllfi və rejissoru olan Hafiz Fətullayev hazırda xəstədir və məşqlərə çətinliklə qatılır.

Xatırladaq ki, "Sönməyən ulduzlar" teatrı keçmiş Mədəniyyət Fondunun tərkibində yaradılan və fəaliyyət göstərən sənət ocağıdır. Hazırda Yaradıcılıq Fondu adlanan qurumun rəhbəri yazıçı, Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulladır. 

Son xəbərlər

Orphus sistemi