Yuxarı
    Bağlamaq

    “Sönməyən ulduzlar” teatrı yeni tamaşanın premyerasını nümayiş etdirib

    Tamaşa mərhum rejissor Hafiz Fətullayevin xatirəsinə həsr olunub

    Bakı. 7 may. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondunun "Sönməyən ulduzlar" Teatrında yeni tamaşanın premyerası olub. "Report" xəbər verir ki, tamaşa mərhum rejissor Hafiz Fətullayevin xatirəsinə həsr olunub.

    Səhnə əsəri Hafiz Fətullayevin “Təzə ilin, köhnə nağılları” adlı ikihissəli, lirik, psixoloji dramı əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissorlar mərhum Hafiz Fətullayev və Yusif Əkbərov,rejissor assistenti Mehman Cəfərovdur.

    Qeyd edək ki, bu tamaşa mərhum rejissorun teatrda son işidir.

    Əsərin quruluşçu rəssamı Nabat Səmədova, bəstəkarı xalq artisti Eldar Mansurovdur.

    Rolları əməkdar artistlər Rafiq İbrahimov, Firuz Xudaverdiyev, Şükufə Musayeva, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, aktyorlar Elmira İdayatova, Rəna Məlikova, Məmməd Tarix oğlu və Hüseyn Əliyev ifa edir.

    Tamaşa Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilib.  


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi