Soçidə XXVII "Kinotavr" Rusiya Kino Festivalı keçirilir

Soçidə XXVII "Kinotavr" Rusiya Kino Festivalı keçirilir Tədbir iyunun 13-dək davam edəcək
İncəsənət
7 İyun , 2016 15:21
Soçidə XXVII Kinotavr Rusiya Kino Festivalı keçirilir

Bakı. 7 iyun. REPORT.AZ/ Soçidə XXVII "Kinotavr" Rusiya Kino Festivalı keçirilir.

"Report" xəbər verir ki, festival iyunun 6-da "Peterburq. Təkcə sevgi əsasında" almanaxının nümayişi ilə başlayıb. 

Gündəliyinə 75 film salınmış festivalın münsiflər heyətinə rejissor Nikolay Lebedev sədrlik edir.

Festivalın qaliblərinə "Ən yaxşı debüt", "Ən yaxşı kişi rolu", "Ən yaxşı qadın rolu", "Ən yaxşı rejissor işi", "Ən yaxşı operator işi" nominasiyalarında mükafatlar təqdim ediləcək.

Bundan başqa, "Ən yaxşı ssenariyə" görə Q.Qorin adına mükafat da təyin olunub.

Həmçinin tanınmış kinorejissor Sergey Bodrova "Rusiya və dünya kinosunda ən yaxşı bədii nəticələr" qazandığına görə festivalın xüsusi mükafatı veriləcək. Festivalın xüsusi ikinci mükafatı isə "Filmin musiqi təhlili və həllinə" görə münsiflər heyətinin təqdimatında qalibə təqdim ediləcək.

Qeyd edək ki, festival iyunun 13-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi