Yuxarı

Sidneydə 63-cü Beynəlxalq Kinofestival keçiriləcək

Tədbir çərçivəsində 139 film ilk dəfə Avstraliyada nümayiş etdiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ Avstraliyanın Sidney şəhərində 63-cü Beynəlxalq Kinofestival keçiriləcək.

"Report" xəbər verir ki, tədbirin proqramına bədii, sənədli, qısametrajlı və animasiya filmləri daxil edilib və 12 gün ərzində 60 ölkədə istehsal edilən ümumilikdə 244 film nümayiş olunacaq.

Məlumata görə, iyunun 8-də başlayan festival çərçivəsində Sidneyin 10 kinoteatrında 25 dünya premyerası keçiriləcək və 139 film ilk dəfə Avstraliyada nümayiş etdiriləcək.

Münsiflər heyətinin sədri Böyük Britaniyadan olan prodüsser Saymon Filddir. Həmçinin heyətdə İrlandiya, Yaponiya və Avstraliyanın kino xadimləri də var.  

Qeyd edək ki, festival ilk dəfə 1954-cü ildə keçirilib və 1958-ci ildən beynəlxalq status qazanıb. Festivalın qaliblərinə münsiflər heyətinin mükafatından əlavə, tamaşaçı sevgisinə görə də mükafat təqdim edilir.

Kinofestival iyunun 19-da başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi