Yuxarı

Bakıda “Sevilən mahnılar axşamı” adlı konsert keçiriləcək

Oktyabrın 21-də keçiriləcək konsertdə tanınmış sənət adamları iştirak edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də Heydər Əliyev Sarayında 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş böyük bayram konserti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev adına Sarayın mətbuat xidməti yayıb.

“Sevilən mahnılar axşamı” adlı konsertdə Respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artist Səlim Abbasov (skripka), tanınmış, gənc müğənnilər Arzu Əliyeva, Gülay Qədirova, Yaşar Cəlilov, Bahar Lətifqızı, Güllü Muradova, Nicat Cəfərzadə, Aşıq Zülfiyyə, Məmməd Nəcəfov və başqaları iştirak edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 5-15 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə etmək olar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi