Rus Dram Teatrında "Afina gecələri" tamaşası nümayiş etdiriləcək

Rus Dram Teatrında "Afina gecələri" tamaşası nümayiş etdiriləcək "Afina gecələri" tamaşasının premyerası yanvar ayında olub
İncəsənət
1 Fevral , 2016 10:29
Rus Dram Teatrında Afina gecələri tamaşası nümayiş etdiriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrında fevralın 14-də "Afina gecələri" tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, Pyotr Qladilinin pyesinin motivləri əsasında hazırlanan "Afina gecələri" tamaşasının premyerası yanvar ayında olub. Teatr bu tamaşanı ikinci dəfə "Sevgililər günü"ndə tamaşaçılara təqdim edəcək.

Xatırladaq ki, tamaşa teatrın aktrisası, əməkdar artist Yevgeniya Nevmerjitskayanın 70 illik yubileyi münasibətilə hazırlanıb.

"Afina gecələri" tamaşasının rejissoru Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovskidir.

Rolları xalq artisti Səfa Mirhəsənov, əməkdar artistlər Nataliya Şarovski, aktyorlar Oleq Əmirbəyov və Natəvan Hacıyeva ifa edir. 

Son xəbərlər

Orphus sistemi