Şən və Hazırcavablar Klubunun ikinci liqası başlayır

Şən və Hazırcavablar Klubunun ikinci liqası başlayır Azərbaycan Liqasının ikinci mövsüm tamaşası aprelin 1-də keçiriləcək
İncəsənət
16 Mart , 2015 13:36
Şən və Hazırcavablar Klubunun ikinci liqası başlayır

Bakı. 16 mart. REPORT.AZ/ 1 aprel - Beynəlxalq Gülüş günündə Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun ikinci liqasının konsert-tamaşası nümayiş etdiriləcək.

"Report" xəbər verir ki, gecənin aparıcısı Aleksandr Maslyakov (oğul) olacaq. Azərbaycan Liqasının baş redaktoru Dmitrin Kolçindir.

Gecənin qonaqları qismində Gürcüstanın "Köhnə Tbilisi", Rusiyanın "Kembric" komandaları iştirak edəcək.

Həmçinin gecədə DALS populyar qrupunun konserti də gözlənilir. Azərbaycanın "Bakı yığması" komandası da gecənin qonaqları arasında olacaq.

KVN konsert-tamaşasının təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubu, "AMİK", Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və SOCAR-dır

Azərbaycan Şən və Hazırcavablar Klubu Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevaya verdiyi dəstəyə görə təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Liqasının Kuboku uğrunda yerli komandalarla yanaşı, əcnəbi komandalar da yarışacaq.

Gecədə Azərbaycanı "Çak Norris", "Kuraj", "Miraj" "BDU","Yumorun Kapitanı", "Baksovet", "Olimpiya Yığması", "Wall Street", Sumqayıt, Gəncə, Yığma Komandası, Yesentukinin Yığma Komandası, Qazaxıstanın "TexNAP-Politex", "Kapital", Rusiyanın "Maşa+Saşa" Komandası və Gürcüstanın "Tbilisi Yığması" iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi