Yuxarı

Bu gün Səməndər Rzayevin yubileyidir

Mərhum aktyorun 70 yaşı tamam olur

Bakı. 2 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan teatr və kino sənətinin ustad sənətkarı, mərhum aktyor Səməndər Rzayevin doğum günüdür.

"Report"un məlumatına görə, görkəmli sənətkarın 70 yaşı tamam olur.

Əslən Lahıcdan olan Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Rza Təhmasibin sinifində dərs alıb, sənət taleyini Akademik Milli Dram Teatrına bağlayıb və ömrünün son günüdək bu teatrın aktyoru olub.

Çoxşaxəli yaradıcılıq yoluna sahib olan Səməndər Rzayevin qısa ömür yolu teatr, kino, televiziya, radio və dublyajdan keçib.

Klassik aktyor sənətinin ruhunu yaşadan sənətkar "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." və s. tamaşalarda biri-birindən maraqlı, dolğun obrazlar yaradıb.

Qeyd edək ki, bu il Səməndər Rzayevin 70 illik yubileyi təntənəli şəkildə qeyd ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi