Səməd Vurğunun ev muzeyində Vaqif Səmədoğlu guşəsi yaradılıb - FOTO

Səməd Vurğunun ev muzeyində Vaqif Səmədoğlu guşəsi yaradılıb - FOTO Mərhum şairin şəxsi əşyalarının bir hissəsi ailə guşəsində sərgilənir
İncəsənət
3 Fevral , 2016 12:18
Səməd Vurğunun ev muzeyində Vaqif Səmədoğlu guşəsi yaradılıb - FOTO

Bakı. 3 fevral. REPORT.AZ/ Səməd Vurğunun ev muzeyində yaradılan ailə guşəsinə mərhum xalq şairi Vaqif Səmədoğlunun şəxsi əşyalarından ibarət kolleksiya daxil edilib.

"Report" xəbər verir ki, V.Səmədoğlunun şəxsi əşyalarından bir hissəsi Səməd Vurğunun ev muzeyində sərgilənəcək.

S.Vurğunun ev muzeyində Vəkilovlar ailəsinə məxsus, ailə guşəsinə daxil edilən ən son eksponatlar Vaqif Səmədoğluya aiddir.

Muzeydə V.Səmədoğlunun foto-arxivindən nümunələr, şairin çəkdiyi rəsmlər, rəngli karandaşları, bir neçə fotoaparatı, 75 illik yubileyində geyindiyi kostyumu, əsası, papağı, şairə hədiyyə edilən xəncər, tac, kitablar, fəxri fərmanlar və s. sərgilənir.

Qeyd edək ki, Səməd Vurğunun ev muzeyində şairin xanımı Xavər Vəkilovya, qızı Aybəniz Vəkilovaya məxsus foto-arxiv və şəxsi əşyalar da yer alıb.

Yusif Səmədoğluya məxsus şəxsi kolleksiyanın bir hissəsi də, atasının muzeyində gələn qonaqlara nümayiş etdirilir. 

Son xəbərlər

Orphus sistemi