Yuxarı

Şekspirin əsərlərinin ilk toplusunun nüsxəsi tapılıb

Orada əvvəllər nəşr edilməmiş 18 əsər də daxil olmaqla, 36 pyes var

Bakı. 7 aprel. REPORT.AZ/ Uilyam Şekspirin pyeslərinin ilk toplusunun 1623-cü ildə nəşr edilmiş surəti tapılıb. "Report" BBC-yə istinadən xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri toplunun nüsxəsini Şotlandiyanın Byut adasında aşkarlayıb.

Əsərlər toplusu ilk dəfə Şekspirin ölümündən 7 il sonra, 1616-cı ildə nəşr edilib. Orada əvvəllər nəşr edilməmiş 18 əsər də daxil olmaqla, 36 pyes var.

Onun tirajı çox güman min ədəddən çox olmayıb. Bu günə qədər bu nəşrin təxminən 230 kitabı qalıb. Onların da 79-u Folcer Şekspir kitabxanasında saxlanılır.

Qeyd edək ki, aprel ayının sonunda məşhur dramaturqun ölümünün 400 illiyi qeyd olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi