Şəkidə TÜRKSOY-un Daimi Şurasının 34-cü toplantısı keçiriləcək

Şəkidə TÜRKSOY-un Daimi Şurasının 34-cü toplantısı keçiriləcək “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək.
İncəsənət
29 Noyabr , 2016 20:04
Şəkidə TÜRKSOY-un Daimi Şurasının 34-cü toplantısı keçiriləcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Şəkidə bu il dekabrın 1-2-də TÜRKSOY təşkilatın üzv ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçiriləcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Daimi Şuranın 34-cü iclasının gündəliyinə qurumun ötən il ərzində həyata keçirdiyi fəaliyyətlərin qiymətləndirilməsi, ənənəvi festivalların, cari layihələrin və yeni layihələrinin müzakirəsi və s. məsələlər daxil edilib.

Dekabrın 1-də Şəki Dövlət Dram Teatrında TÜRKSOY Rəsm Sərgisinin açılışı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi təşkil olunacaq.

İclasda türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçiləcəyi də gözlənilir.

Xatırladaq ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilib.

Son xəbərlər

Orphus sistemi