Yuxarı

Şəkidə “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalının açılışı olub

Festivalın ilk günündə Yaponiya və Türkiyədən gəlmiş musiqiçilər çıxış edib

Bakı. 2 iyul. REPORT.AZ/ Şəkidə "İpək Yolu" VI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə Şəki Xan Sarayında Yaponiyanın "Kamıqata Sumiyoşi Kaı" ansamblının konserti olub.

Axşam isə Şəkinin Yay Teatrında Festivalın rəsmi açılışı olub. Açılış mərasimində Şəki İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edib.

Rəsmi hissədən sonra Türkiyənin Adana şəhərinin Çukurova Dövlət Simfonik Orkestrinin konserti ilə festivalın təntənəli açılışı keçirilib.

Orkestrin dirijoru, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, solist tanınmış musiqiçi Toğrul Qəniyevdir.

Bu gün tanınmış musiqiçi Toğrul Qəniyev Şəki Musiqi Kollecində ustad dərsi ilə çıxış edəcək.

Axşam saat 20.00-da Şəkinin Kiş Alban Məbədində Polşanın AcCello Duo instrumental duetinin konserti olacaq.

Şəki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı iyulun 5-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi