Şəki Teatrında "Vaqif" tamaşasının premyerası olub

Şəki Teatrında "Vaqif" tamaşasının premyerası olub Yeni tamaşanın gələcəkdə Bakıda nümayiş etdiriləcəyi nəzərdə tutulub
İncəsənət
18 Mart , 2016 11:28
Şəki Teatrında Vaqif tamaşasının premyerası olub

Bakı. 18 mart. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Xanlar Həşimzadə məlumat verib.

Tamaşa Şəki Teatrının keçmiş rejissoru, hazırda Moskvada fəaliyyət göstərən "Dərviş" Teatrının rəhbəri Mərdan Feyzullayevin quruluşunda hazırlanıb.

Tamaşanın nəsrlə olan hissələrini Mərdan Feyzullayev, nəzmlə olan parçalarını isə Vaqif Aslan yazıb.

Tamaşada Vaqif obrazını əməkdar artist Əbülfət Salahov, Qacar obrazını əməkdar artist Xanlar Həşimzadə ifa edir. Xanlar Həşimzadə tamaşanın maraqlı alındığını deyib: "Səməd Vurğunun "Vaqif" dramından fərqli olaraq bu tamaşada Ağa Məhəmməd şah Qacar obrazı fərqli təqdim olunub. Bu tamaşada Qacara yeni baxış verilib. Əsərdə "Qarabağnamə"lərdən də istifadə edilib. Tamaşamızda maraqlı cəhətlərdən biri də, əsərdə heç bir qadın personajının olmamasıdır. Tamaşamızın aktyor heyəti kişilərdən təşkil edilib".

Qeyd edək ki, Şəki Teatrının kişi truppasının ifasında nümayiş etdirilən tamaşada Təlxək obrazını əməkdar artist İqrar Salamov ifa edib. Yeni tamaşanın gələcəkdə Bakıda nümayiş etdiriləcəyi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi