Şəki Teatrı Bakıya qastrola gəlir

Şəki Teatrı Bakıya qastrola gəlir İyunda Şəki Teatrının aktyorları Bakıda tamaşa nümayiş etdirəcək
İncəsənət
15 Aprel , 2016 08:41
Şəki Teatrı Bakıya qastrola gəlir

Bakı. 14 aprel. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı Bakıya qastrol səfərinə gələcək.

Bu barədə "Report"a Şəki Teatrının baş rejissoru Mirbala Səlimli açıqlama verib.

Baş rejissorun sözlərinə görə, iyunun əvvəlində Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Şəki Teatrının iki tamaşası nümayiş etdiriləcək.

Tamaşalardan biri Səməd Vurğunun "Vaqif" dramının motivləri əsasında rejissor Mərdan Feyzullayevin hazırladığı eyniadlı tamaşadır. Bakı tamaşaçılarına nümayiş etdiriləcək ikinci tamaşa isə, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəridir.

Şəki Teatrı tamaşalarını iyunun 7-8-də təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi