Şəki Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Şəki Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq Teatr yeni mövsümü İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə açacaq
İncəsənət
4 Sentyabr , 2015 12:51
Şəki Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 15-də İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası ilə açacaq.

Bu barədə "Report"a Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli məlumat verib.

Onun sözlərinə görə, Şəki teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. M.Səlimli deyib ki, tamaşa TÜRKSOY-un təşkilatçılığı ilə hazırlanır: "2015-ci il TÜRKSOY-un xətti ilə Haldun Taner ili elan edilib. Bu münasibətlə Şəki Dövlət Dram Teatrında Haldun Tanerin "Və dəyirman dönərdi" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın noyabrda təhvil veriləcəyi gözlənilir. Bu tamaşadan əlavə Şəki Teatrında Şəfayət Mehdiyevin "Vicdan yükü" əsəri əsasında yeni tamaşanın hazırlanması nəzərdə tutulub".

Şəki teatrının 2016-cı ilin teatr repertuarında isə 4 yeni tamaşanın hazırlanması planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi