Yuxarı

"Şəhrizadın daha bir gecəsi" tamaşasının premyerası olacaq

Tamaşa 1001 gecə nağıllarının motivləri əsasında hazırlanıb

Bakı. 11 mart. REPORT.AZ/ Aprelin 12-də Səməd Vurğun adına Rus Dram Teatrında Şərq nağıllar aləminə səyahət olacaq. Teatr "1001 gecə" nağıllarının motivləri əsasında "Şəhrizadın daha bir gecəsi" adlı tamaşanın premyerasını nümayiş etdirəcək.

"Report" xəbər verir ki, bu barədə xəbəri Rus Dram Teatrı yayıb.

Tamaşanın ideya müəllifi və rejissoru xalq artisti İranə Tağızadədir. Pyesi Valentina Reznikova hazırlayıb.

Şəhrizad rolunda əməkdar artist Ayan Mir-Qasımova, Şəhriyar rolunda isə əməkdar artist Firdovsi Atakişiyev çıxış edəcək.

Digər rolları Rus Dram Teatrının aktyorları, əməkdar artist Elmira Aslanova, aktyorlar Teymur Rəhimov, Yuri Omelçenko, Murad Məmmədov, Elşad Murtuzov, İnna İmranova, Bella Safina, Fəridə Nesterenko, Mariya Duboviskaya, Yeganə Hüseynli və başqaları ifa edir.

Yeni tamaşanın dekorasiyası Aleksandra Fyodrova, geyimləri Olqa Abbasova, xoreoqrafiyası Aleksandra Nikuşina, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi