Yuxarı

“Şəhid, səndən başlayır Vətən!” sənədli filminin təqdimatı keçiriləcək

Film Azərabaycanın Milli Qəhrəmanı Səyavuş Həsənova həsr edilib

Bakı. 28 iyun. REPORT.AZ/ “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı aksiya çərçivəsində iyulun 1-də Azərbaycan İstiqlal Muzeyində “Şəhid, səndən başlayır Vətən!” sənədli filminin təqdimatı keçiriləcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Film Azərabaycanın Milli Qəhrəmanı Səyavuş Həsənova həsr edilib.

Ekran əsərinin müəllifi İTV-nin “Carçı” Film Yaradıcılıq Birliyinin aparıcısı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovdur.

Tədbirdə Milli Qəhrəman Səyavuş Həsənovun qohumları və dostları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və digər qonaqlar iştirak edəcək.

Təqdimatda Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Milli Qəhrəman Səyavuş Həsənovun oğlu Həsən Həsənli, döyüş yoldaşı Telman Tağıyev və digər qonaqlar çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyində “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı aksiya keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi