Yuxarı
    Bağlamaq

    Sankt-Peterburqda 18-ci Beynəlxalq "Rusiyada görüşlər" Teatr Festivalı keçiriləcək

    Festival görkəmli teatr rejissor, SSRİ xalq artisti Georqi Tovstonoqovun adına hazırlanmış memorial lövhənin açılşı ilə başlanacaq

    Bakı. 23 mart. REPORT.AZ/ Aprelin 4-8-də Sankt-Peterburqda "Rusiyada görüşlər" adlı 18-ci Beynəlxalq Teatr Festivalı keçiriləcək.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Festivalın açılışında görkəmli teatr rejissoru, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Georqi Tovstonoqovun adına hazırlanmış memorial lövhə açılacaq.

    Bu barədə məlumatı A.S Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının direktoru Nikolay Sventiskiy yayıb.

    Onun sözlərinə görə, memorial lövhə Sankt-Peterburqun "Baltik Evi" Teatrının təşəbbüsü ilə yaradılıb.

    Nikolay Sventiskiy Georqi Tovstonoqovun Tbilisi Teatrının təşəkkül tapmasında etdiyi böyük xidmətlərdən danışıb. Gürcüstanın ən görkəmli aktyor və rejissorlarının G.Tovstonoqovun yetişdirməsi olduğunu deyib.

    Qeyd edək ki, Georqi Tovstonoqov 1915-ci ildə Tbilisidə anadan olub. Səhnə fəaliyyətinə 1931-ci ildə aktyor kimi başlayan Georqi Tovstonoqov sonralar teatr fəaliyyətini rejissor assistenti kimi davam etdirib. 1933-cü ildə A.P.Çexovun "Təklif" birpərdəli əsərini tamaşaya hazırlayıb.

    Rusiyada ali rejissor təhsili alan G. Tovstonoqovun həyatı çətin keçib. "Xalq düşməninin oğlu" damğası vurulan rejissor ali məktəbdən qovulur. Bir neçə aydan sonra Stalinin "Ataların hərəkətləri üçün oğullar cavabdeh deyil" fikri G. Tovstonoqovu xilas edir.

    1939-cu ildən Gürcüstanın nüfuzlu teatrlarına rəhbərlik edən G.Tovstonoqov, 1949-cu ildə Leninqrad Teatrının baş rejissoru təyin edilir və ömrünün qalan hissəsini Rusiya ilə bağlayır.

    Bütün ömrünü teatra və həsr edən görkəmli rejissor pedoqoji fəaliyyətlə də, məşğul olub. Onun yetişdirdiyi görkəmli tələbələr arasında Azərbaycanın məşhur teatr rejissorları da, var.

    1989-cu il mayın 23-də məşqdən evə qayıdan görkəmli rejissor şəxsi avtomobilində 73 yaşında həyatla vidalaşır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi