Salvador Dalinin bacısının portreti təxminən 2 milyon funta satılıb

Salvador Dalinin bacısının portreti təxminən 2 milyon funta satılıb Dali bu əsəri bacısına münasibətləri korlananadək verib
İncəsənət
3 Mart , 2017 11:38
Salvador Dalinin bacısının portreti təxminən 2 milyon funta satılıb

Bakı. 3 mart. REPORT.AZ/ Salvador Dalinin “Profildən fiqura” əsəri Londonda Bonhams hərracında təxminən 2 milyon funta satılıb.

“Report” auksionun saytına istinadən xəbər verir ki, 1925-ci ildə çəkilən bu portretdə rəssam bacısı Ana Mariyanın təsvir edib.

Dali bu əsəri bacısına münasibətləri korlananadək verib. 1942-ci ildə Salvador Dali öz ömür yolunu yazıb və bu bacısının xoşuna gəlməyib. 1949-cu ildə isə Ana Mariya öz memuarını nəşr etdirib.

O, bunu lotun indiki sahibinə hədiyyə edib. Əsəri 8000 min funtdan 1,2 milyon funtadək qiymətləndiriblər. Onun yekun qiyməti isə 1,8 milyon funt olub.

Son xəbərlər

Orphus sistemi