Salman Qəmbərov Macarıstanda "Budapeşt Jazz Club"da konsert verib

Salman Qəmbərov Macarıstanda "Budapeşt Jazz Club"da konsert verib İkihissəli konsertin birinci hissəsində əsasən Azərbaycan xalq musiqisi və populyar mahnıların caz variasiyaları təqdim olunub
İncəsənət
10 May , 2016 14:26
Salman Qəmbərov Macarıstanda Budapeşt Jazz Clubda konsert verib

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycanın tanınmış caz ustası Salman Qəmbərov Macarıstan paytaxtının populyar musiqi mərkəzlərindən biri sayılan "Budapeşt Jazz Club"da geniş konsert proqramı ilə çıxış edib.

"Report" xəbər verir ki, konsert Azərbaycanın Macarıstandakı səfirliyinin və ölkədə populyar olan "Jaba" caz qrupunun dəvəti və təşkilatçılığı ilə keçirilib.

Konsertdən əvvəl çıxış edən qrupun meneceri Atilla Egerhazi bir neçə il əvvəl Bakı caz festivalında iştiraklarını məmnunluq hissi ilə xatırlayaraq, Azərbaycan cazının böyük tarixinin və diqqətəlayiq yaradıcılıq ənənələrinin olduğunu vurğulayıb. O, indiyə qədər Azərbaycanın caz ustaları ilə bir sıra birgə layihələrin həyata keçirildiyini və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

İki saatdan çox davam edən ikihissəli konsertin birinci hissəsində S.Qəmbərov əsasən Azərbaycan xalq musiqisi və populyar mahnıların caz variasiyalarını böyük ustalıqla ifa edib. 

İkinci hissədə isə Azərbaycan-macar triosu (Salman Qəmbərov, Silard Banai və Gergo Olah) dünya bəstəkarlarının əsərlərini, habelə ayrı-ayrı klassik caz musiqisi nümunələrini ustalıqla səsləndirib.

Macar mətbuatı S.Qəmbərovun ifa tərzini yüksək qiymətləndirərək, onu "intellektual caz"ın mahir ifaçılarından biri adlandırıb.

Bir sıra xarici ölkə səfirlərinin, macar ictimaiyyəti nümayəndələrinin maraqla izlədikləri konsert Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilib. 

Son xəbərlər

Orphus sistemi