Yuxarı

Salman Qəmbərov Cazz klubda çıxış edəcək

Cazmen tamaşaçıları üçün darıxdığını bildirib

Bakı. 17 dekabr. REPORT.AZ/ Uzun illər Caz Mərkəzi kimi fəaliyyət göstərən məkan təmirə bağlandıqdan sonra yeni caz mərkəzi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, yeni məkan Caz Mərkəzi deyil, Cazz klub adlanır və yeni ünvanda fəaliyyətə başlayıb.

Hər gün maraqlı caz proqramları ilə caz musiqisi həvəskarlarını sevindirən klubda bu dəfə tanınmış bəstəkar və musiqiçi Salman Qəmbərov çıxış edəcək.

Cazmen musiqi proqramında maraqlı kompozisiyalar ifa edəcək. Tamaşaçılar üçün darıxdığını bildirən Salman Qəmbərov belə konsert proqramlarının keçirilməsinin caz musiqisi həvəskarları üçün sevindirici olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi