Rusiyanın xalq artistləri Bakıda çıxış edib

Rusiyanın xalq artistləri Bakıda çıxış edib Heydər Əliyev Sarayının səhnəsində "Sizin ərinizi almaq istəyirəm" komediyası nümayiş etdirilib
İncəsənət
4 May , 2016 09:43
Rusiyanın xalq artistləri Bakıda çıxış edib

Bakı. 4 may. REPORT.AZ/ Rusiyanın məşhur teatr və kino aktyorları, Rusiyanın xalq artistləri Qalina Polskix, Valentin Smirnitski və aktrisa İrina Jorj Heydər Əliyevin Sarayında çıxış edib.

"Report" xəbər verir ki, rusiyalı aktyorlar Mixail Zadornovun "Sizin ərinizi almaq istəyirəm" komediyasını tamaşaçılara təqdim ediblər. 

Moskva О'Кey Teatrının quruluşunda hazırlanan komediya maraqla qarşılanıb.

Qeyd edək ki, komediyanın müəllifi M.Zadornov bu səfərdə aktyorları müşayiət edə bilməyib.

Tamaşadan sonra təssüratlarını bölüşən Valentin Smirnitski deyib ki, Bakıda sonuncu dəfə 15 il əvvəl olub: "Bakı çox dəyişib. Azərbaycan paytaxtının gözəlliyi haqqında rəvayətlər, əfsanələr gəzir. İnanıram ki, bakılı tamaşaçılara gözəl axşam yaşada bildik. Bu komediya ilə bir çox şəhərlərdə qastrol səfərlərində olmuşuq. Tamaşamız anşlaqla qarşılanıb".

Bakı ilə sıx əlaqələrinin olduğunu deyən Rusiyanın xalq artisti Qalina Polskix Azərbaycan paytaxtını sevdiyini bildirib.

Qeyd edək ki, Q.Polskixin azərbaycanlı rejissor Faiq Həsənovla evli olub. Onların birgə nigahdan İradə adlı qızları var. 1965-ci ildə film çəkilişi zamanı Q.Polskixin həyat yoldaşı F.Həsənov çəkiliş meydançasında qəzaya düşüb və 28 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi